...

YAXIN AYLARDA AZƏRBAYCANDA BİR NEÇƏ KABEL TELEVİZİYASI AÇILACAQ

Telekommunikasiya Materials 18 İyul 2005 16:20 (UTC +04:00)

Yaxın aylarda Azərbaycanda 5-6 yeni kabel televiziyasının yaradılması mümkündür. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

O belə hesab ki, Azərbaycanda yeni kabel televiziyalarının yaradılmasına ehtiyac var. Onun sözlərinə görə, hazırda ölkədə bir kabel televiziyası fəaliyyət göstərir. "Aşağı abünə haqqları olan yeni kanalların yaradılması Azərbaycanın ərazisində xarici ölkələrin telekanalların yayımını məhdudlaşdarır" - deyə N.Məhərrəmli bildirib.

N.Məhərrəmli hazırda ölkədə 15 özəl telekanalın olduğunu, onlardan 11-nin regionlarda, 4-nün isə Bakıda fəaliyyət göstərdiyini qeyd edib. Bakıda və Naxçıvanda iki dövlət telekanalı öz verlişlərini yayımlayır. Bundan əlavə, 8 özəl və 2 dövlət radiosu fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti