...

MİLLİ TELERADİO ŞURASI HÖKUMƏTİN QƏRARINI GÖZLƏMƏDƏN TELEKANALLARA LİSENZİYA VERMƏK NİYYƏTİNDƏDİR

Telekommunikasiya Materials 18 İyul 2005 16:33 (UTC +04:00)

Azərbaycan Milli Teleradio Şurasının rəhbərliyi hökumətin qərarını gözləmədən telekanallara lisenziya vermək niyyətindədir. Trend agentliyinin məlumatına görə, bu barədə jurnalistlərə Milli Şuranın sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, Nazirlər Kabineti artıq uzun müddətdir ki, teleradio kanallarının lisenziyalarının vahid dəyərinin təsdiq olunmasını uzadır və bu məsələnin nizamlanması məqsədilə Milli Şura rəhbərliyi ən aşağı qiymətlərlə lisenziyaların verilməsinə dair qərar qəbul edib. "Parlament seçkilərinə qədər növbəti 3 ay ərzində ölkənin fəaliyyət göstərən bütün teleradiokanalları lisenziya alacaq", - deyə, N. Məhərrəmov bildirib.

Xəbər lenti

Xəbər lenti