...

CATEL İB CDMA ŞƏBƏKƏSİNİ GENİŞLƏNDİRİR

Telekommunikasiya Materials 18 İyul 2005 17:07 (UTC +04:00)

Catel birgə Azərbaycan-Amerika müəssisəsi (Caspian American Telecommunications, LLC) simsiz CDMA şəbəkəsini genişləndirir. Müəssisədən Trend ə xəbər verildiyi kimi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu məqsədlə Catelə yeni şəbəkə kodu (40) verib.

İB-də bildiriblər ki, yeni şəbəkə kodunun köməyi ilə ölkənin digər regionlarında simsiz rabitəni genişləndirmək mümkün olacaq. CDMA abonentləri həmçinin Aztelekom İB vasitəsilə beynəlxalq, şəhərlərarası və Bakı telefon əlaqəsinə çıxış imkanı əldə edə bilərlər.

Catel-də onu da qeyd ediblər ki, yeni kodun alınması ilə əlaqədar İB-in tariflərində dəyişikliklər planlaşdırılır, belə ki, yuxarıda göstərilmiş kod vasitəsilə ayrılmış telefon nömrələri üçün daxil olmuş zənglər pulsuz olacaq.

Xəbər lenti

Xəbər lenti