...

ÜMUMDÜNYA POÇT İTTİFAQI NAXÇIVANDA POÇT RABİTƏSİNƏ TEXNİKİ YARDIM LAYİHƏSİNİ TƏSDİQLƏYİB

Telekommunikasiya Materials 19 İyul 2005 17:16 (UTC +04:00)

Ümumdünya Poçt İttifaqı (ÜPİ) Naxçıvan Muxtar Respublikasının (NMR) poçt rabitəsinə texniki yardımı nəzərdə tutan yeni layihəni təsdiqləyib. Rabitə və İnformasiya texnologiyaları Nazirliyindən Trend ə verilən məlumata görə, layihə Rabitə Nazirliyi və ÜPİ ilə birgə hazırlanıb. Həmin layihə 10-dan artıq komputerin və poçt məqsədlərində istifadə olunmaq üçün 2 avtomaşının alınmasını nəzərdə tutur.

Rabitə Nazirliyində həmçinin qeyd ediblər ki, dəyəri 30 min dollar olan layihənin maliyyələşdirilməsini ÜPİ həyata keçirəcək.

Bu tip layihənin yaradılması barədə qərar ÜPİ-nın regional müşavirinin Azərbaycana sonuncu səfri zamanı əldə olunub. "Laiyhənin reallaşdırılması cari ilin oktyabrından həyata keçiriləcək", - deyə Rabitə Nazirliyində bildiriblər.

Xəbər lenti

Xəbər lenti