...

RABİTƏ NAZİRLİYİ ÖLKƏNİN POÇT RABİTƏSİNƏ TEXNİKİ YARDIM ÜZRƏ LAYİHƏ HƏYATA KEÇİRƏCƏK

Telekommunikasiya Materials 20 İyul 2005 15:40 (UTC +04:00)

Rabitə və informasiya texnologiyaları nazirliyi Azərpoct Dövlət Müəssisəsinə (DM) texniki yardım üzrə yeni layihə planlaşdırır.Rabitə nazirliyində Trend agentliyinə bildirilib ki, yeni layihə Ümumdünya Poçt İttifaqı (ÜPİ) ilə birgə həyata keçiriləcək.

Rabitə nazirliyində qeyd olunub ki, layihə artıq ÜPİ tərəfindən təsdiq edilib.Buna əsasən, ölkə daxilində poçt daşımalarında istifadə üçün Azərpoct DM -nə 7 kiçik yük maşınının alınması nəzərdə tutulur.

Hazırda ölkə daxilində poçt daşımalarının əsas marşrutları Bakı-Gəncə-Bakı, Bakı-Qəbələ-Bakı, Bakı-Horadiz-Bakı marşrutlarıdır, yardımçı marşrutlar isə Gəncə-Qazax-Gəncə, Qəbələ-Balakən-Qəbələ marşrutlarıdır.

"Layihə üzrə tədbirlərə cari ilin oktyabrında başlanılması nəzərdə tutulur"-deyə nazirlikdə bildirilib.Bundan başqa, ÜPİ Naxçıvan Muxtar Respublikasının(NMR) poçt rabitəsində anoloji layihəni bəyənib.

Xəbər lenti

Xəbər lenti