...

AVQUST AYINDAN SUMQAYIT ŞƏHƏR TELEFON ŞƏBƏKƏSİ YEDDİ RƏQƏMLİ NÖMRƏ SİSTEMİNƏ KEÇİR

Telekommunikasiya Materials 21 İyul 2005 13:26 (UTC +04:00)

Cari ilin avqust ayının 1-dən Sumqayıt şəhər telefon şəbəkəsi yeddi rəqəmli nömrə sisteminə keçir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend ə verilən məlumata görə, həmin tarixdən etibarən Sumqayıtın köhnə kodu "164" yeni "18" kodu ilə əvəz olunacaq.

Rabitə Nazirliyindən həmçinin onu da bildiriblər ki, yerli və şəhərlərarası telefon zənglərində nömrədən əvvəl "64" rəqəmi yığılacaq. Məsələn, şəhərdaxili zənglər üçün 5 24 90 nömrəsinin əvəzinə indi 64 5 24 90 telefon nömrəsi yığılacaq, şəhərlərarası və beynəlxalq istiqamətlərdə isə zənglər bu qaydada həyata keçiriləcək: 18 64 5 24 90.

Xəbər lenti

Xəbər lenti