...

TELERADIO İB AVQUSTUN 1-DƏN AĞSUDAKI STANSİYA VASİTƏSİLƏ İCTİMAİ TELEVİZİYANIN YAYIMINA BAŞLAMAĞA HAZIRDIR

Telekommunikasiya Materials 21 İyul 2005 17:02 (UTC +04:00)

Rabitə və informasiya texnologiyaları nazirliyinin tərkibinə daxil olan Teleradio İstehsalat Birliyi (İB) avqustun 1-dən Ağsudakı stansiyanın köməyilə ictimai televiziyanın yayımına başlamağa hazırdır.

İB-nin baş direktoru İlham Əhədov Trend agentliyinə bildirib ki, bu həftədən etibarən hər gün 5 saat olmaqla yeni stansiyada eksperiment yayımının keçirilməsindən sonra yayımın Bakı, Gəncə, Lerik və digər əraziləri əhatə etdiyi müəyyən edilib.

İ.Əhədovun sözlərinə görə, hazırda stansiyada texniki avadanlığın tənzimlənməsi üzrə işlər aparılır.Əhədov həm də qeyd edib ki, dəniz səviyyəsindən 840 metr hündürlükdə yerləşən stansiyada sonuncu tikinti-montaj işlərinin iyulda başa çatdırılması gözlənilir.

Ağsudakı radioteleviziya stansiyasının ümumi layihə dəyəri təxminən $2 mln. təşkil edir.

Xəbər lenti

Xəbər lenti