...

İLİH SONUNA QƏDƏR CATEL ÖLKƏDƏ 10-DAH ARTIQ EKSPRESS MƏRKƏZİ AÇACAQ

Telekommunikasiya Materials 22 İyul 2005 12:22 (UTC +04:00)

Catel Azərbaycan-Amerika birgə müəssisəsi (Caspian American Telecommunications, LLC) ilin sonuna qədər ölkənin paytaxt və regionlarında 10-dan artıq ekspress mərkəzinin açılmasını planlaşdırır. BM-dən Trend agentliyinə verilən məlumata görə, bu, abonentlərə xidmət şəbəkəsinin təşkil olunması ilə əlaqədar bu yaxınlarda Omnitel distribütor şirkəti və Catel arasında imzalanmış razılıqdan sonra mümkün olub.

Şirkətdən həmçinin onu da bildiriblər ki, bu obyektlərin açılmasında məqsəd rabitə sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasıdır. Bundan başqa BM hazırda Hövsanda tikilmiş 2000 nömrə tutumu olan stansiyada quraşdırma işləri aparır.

Qeyd edək ki, belə stansiyalar Qaraçuxur, Yasamal, Biləcəri və Əhmədli qəsəbələrində də tikilib.

Xəbər lenti

Xəbər lenti