...

SENTYABRDA USTDA QRANTI ÜZRƏ İŞLƏRƏ BAŞLANILACAQ

Telekommunikasiya Materials 25 İyul 2005 16:39 (UTC +04:00)

Cari ilin sentyabrın 19-dan Azərbaycan Respublikası rabitə və informasiya texnolgiyaları nazirliyi ilə ABŞ-nın Ticarət və İnkişaf Agentliyi (USTDA- United States Trade and Development Agency) arasında imzalanmış təxminən $735 min həcmində qrant sazişi üzrə işlərə başlanılacaq.Bu barədə Trend agentliyinə rabitə və informasiya texnologiyaları nazirliyində bildirilib.

Saziş texnologiyaların ötürülməsi, təkrar strukturlaşdırılma və təşkilati idarəetmə, informasiya və kommunikasiya texnologiyaları sektorunda müasir təcrübə sahəsində rabitə Nazirliyinin təcrübəsinin yaxşılaşdırılması üçün yardım edilməsi üzrə məsləhət xidmətlərinin göstərilməsini özündə əhatə edir.

Qrant sazişinə əsasən, rabitə Nazirliyinin adıçəkilən tədbirlərinin gerçəkləşdirilməsi üçün strateji, hüquqi və maliyyə məsələləri üzrə 3 müşavir təsdiq edilməlidir.

2006-cı ildə başa çatdırılan sazişin müddəti rabitə Nazirliyinin strateji və təşkilati təkrar strukturlaşdırılmasında texniki yardımın göstərilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti