...

ƏLİ BAYRAMLIDA VƏ QUBADA EFİRDƏ RADİONƏZARƏT ÜZRƏ YENİ MƏNTƏQƏLƏR İSTİSMARA VERİLƏCƏK

Telekommunikasiya Materials 26 İyul 2005 13:15 (UTC +04:00)

Sentyabrda Əli -Bayramlı və Qubada efirə radionəzarət üzrə yeni məntəqnələr istismara veriləcək.

Radiotezliklər üzrə Dövlət İdarəsinin (RDİ) radiotezlik şöbəsinin müdiri Adil Maksimovun Trend ə verdiyi məlumata görə, hazırda məntəqələrdə müvafiq texnikanın quraşdırıldığı tamamlama işləri aparılır.

A.Maxsimov həmçinin qeyd edib ki, məntəqələr üçün avadanlıqlar, eləcə də efirə nəzarət etmək üçün radioqəbuledicilər, ötürücülər artıq Yaponiyanın "AOR" şirkətindən alınıb.

Bakının Sahil qəsəbəsində efirə radionəzarət üzrə 3-cü məntəqənin tikilməsi məsələsinə toxunan RDİ-nin nümaynədəsinin sözlərinə görə, burada işlər bir qədər ləngiyir. "Baxmayaraq ki, bu obyektin cari ilin üçüncü rübündə təhvil verilməsi nəzərdə tutulub"-deyə A.Maxsimov bəyan edib.

Hazırda artıq yeni tikinti məntəqələrinin əməkdaşlarının tərkibi təsdiq olunub və onlar üçün RDİ-də məntəqələrin iş prinsipi ilə bağlı treninqlər keçirilib.

Bakıda, Əli-Bayramlıda və Qubada efirə radionəzarət üzrə məntəqələrin tikintisi ilə bağlı layihə-smeta sənədləri cari ilin martında təsdiqlənib.

Bakıda, Əli-Bayramlıda və Qubada efirə radionəzarətin həyata keçirilməsi üzrə məntəqələrin tikintisi Azərbaycanın Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin bütünlükdə 2005-ci ildə həyata keçirilməsi planlaşdırılan tədbirlər planına daxildir.

Xəbər lenti

Xəbər lenti