...

REGİONLARDA 60 YENİ POÇT ŞÖBƏSİ TİKİLƏCƏK

Telekommunikasiya Materials 26 İyul 2005 19:27 (UTC +04:00)

Cari ilin ikinci yarısında regionlarda 60 yeni poçt şöbəsi tikiləcək. "Azərpoçt" Dövlət müəssisəsindən (DM) Trend ə verilən məlumata görə, poçt şöbələri Xanlar, Ağdaş, Ağcabədi, Şamaxı, Bərdə, Zərdab, Xızı, Füzuli, Biləsuvar, Abşeron və digər rayonların kəndlərində açılacaq.

Qeyd edək ki, cari ilin birinci yarısında DM 21 rayonun 50 kəndində 50 tpoçt şöbəsi istifadəyə verib.

İlin əvvəlindən regionlarda 100-dən artıq yeni iş yeri açılıb. Əhalinin müraciətləri üzrə əlavə olaraq 8 poçt şöbəsi yaradılıb.

"Bu tədbir 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun həyata keçirilir",- deyə DM-dən bildiriblər.

Xəbər lenti

Xəbər lenti