...

SENTYABRDAN BAKIDA YENİ TEXNOLOGİYANIN TƏTBİQİNƏ BAŞLANILACAQ

Telekommunikasiya Materials 27 İyul 2005 13:55 (UTC +04:00)

Cari ilin sentyabrından Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tərkibinə daxil olan Bakı Telefon Rabitasi İstehsalat Birliyi (BTRİB) paytaxtda NGN (next generation network) yeni texnologiyaların tətbiqini planlaşdırır. İB-dən Trend ə verilən məlumata görə, hazırda bu istiqamətdə hazırlıq işləri aparılır.

Layihənin icraçısı Çinin Huawey Tech investment şirkətidir. Ötən ay həmin şirkətlə bu sahədə müqavilə imzalanıb. Bir ay ərzində bütün müvafitq avadanlıqlar BTRİB-ə təqdim olunacaq. Yeni texnologiya 464 saylı telefon stansiyasının bazasında yaradılacaq və göstərilən rabitə xidmətinin yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək.

İB-dən bildiriblər ki, hazırda NGN texnologiyaları xidmətləri üçün tariflər müəyyən edilməyib.

NGN universal çoxməqsədli şəbəkə olub nitqin, təsvirlərin və istifadə olunan kommutasiya paketlər barədə məlumatların ötürülməsi üçün nəzərdə tutulub. NGN şəbəkəsi telekommunikasiya trafikinin müxtəlif növləri üçün zəruri olan xidmətin keyfiyyətini təmin edir.

Bu texnologiyanın Bakıda tətbiq edilməsindən sonra abunəçilər IoIP-telefoniya, səs poçtu, IP-Centrex, məlumatların ötürülməsi xidməti, məlumatların unifikasiya edilmiş mübadiləsi, interaktiv oyunlar, virtual reallığın paylanması kimi xidmətlərdən istifadə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti