...

SABİRABADDA MƏRKƏZİ ATS YENİDƏN QURULACAQ

Telekommunikasiya Materials 29 İyul 2005 17:00 (UTC +04:00)

Aztelekom İB Sabirabad rayonunda mərkəzi telefon stansiyasının yenidən qurulması üzrə işlər həyata keçirir. Aztelekomda Trend ə bildirildiyi kimi, iyulun 29-da bu obyektin yenidən qurulması üçün açıq tender elan edilib.

İB-də bildiriblər ki, maraqlı şirkətlər cari ilin sentyabr ayının 5-nə kimi öz təkliflərini təqdim etməlidir, sentyabrın 6-da isə tender təklifləri elan olunacaq.

İyulda İB Masallıda TKQ-nin elektronlaşdırılmasına dair tender elan edib. Hazırda Naftalan və Goranboy rayonlarında da belə işlər həyata keçirilir və onların oktyabrda başa çatacağı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti