...

NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA 5 YENİ ATS İSTİMARA VERİLİB

Telekommunikasiya Materials 1 Avqust 2005 11:52 (UTC +04:00)

Cari ilin əvvəlindən NMR-də 5 yeni ATS istismara verilib. Trend in məlumatına görə, bu barədə NMR-in rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov bildirib. Onun sözlərinə görə, yeni ATS-lərin istismara verilməsi nəticəsində respublikanın rayon və kəndlərində telefon nömrələrinin sayı xeyli artıb. Bu dövr ərzində 1642 əlavə telefon nömrələri açılıb.

Nazir həmçinin onu da qeyd edib ki, NMR-də 6 rəqəmli telefon nömrə sisteminə keçilməsi (cari ilin iyun ayından) nəticəsində respublikanın yeni yaradılmış Kəngərli rayonuna nömrə resursu ayrılıb. "NMR-də 6 rəqəmli nömrə sisteminin tətbiqi nəticəsində 30 min ehtiyat telefon nömələri yaradılıb", - deyə nazir bildirib.

NMR-də rabitə sahəsində göstərilən xidmətlərə gəldikdə, R.Məmmədov qeyd edib ki, keçən ilin birinci yarısı ilə müqayisədə 2005-ci ilin analoji dövründə əhaliyə 997,4 mln manat dəyərində xidmət göstərilib.

Xəbər lenti

Xəbər lenti