...

RABİTƏ NAZİRLİYİNDƏ PAYIZ-QIŞ MÖVSÜMÜNƏ HAZIRLIQ İŞLƏRİ GEDİR

Telekommunikasiya Materials 1 Avqust 2005 13:29 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2005-2006-cı illər payız-qış mövsümünə hazırlıq işləri həyata keçirir. Trend in məlumatına görə, bu barədə dövlət strukturu aparatının rəhbəri Vidadi Zeynalov bildirib.

Onun sözlərinə görə, Aztelekom, Bakı Telefon Rabitəsi İB-lərin bütün telekommunikasiya qovşaqlarında elektrik enerjisi təchizatı qurğuları və dizel generatorları ehtiyat yanacaqla təmin olunub. Qəzaların aradan qaldırılması üçün Quba, Masallı, Gəncə və Şəki rayonlarında qəza briqadalarının hazırlığı üzrə işlər başa çatıb.

Aparatın rəhbəri onu da vurğulayıb ki, yanğın söndürmə idarələrində bir sıra çatışmazlıqlar mövcuddur. Nazirliyə daxil olmuş ərizələrə gəldikdə isə, V.Zeynalov bildirib ki, cari ilin birinci yarısında onların sayı 162-əy çataraq 1522 təşkil edib. Bu ərizələr əsasən mənzillə təmin olunma, işə qəbul edilmə, ödənişsiz şərtlərlə telefon xətlərinin çəkilməsi məsələlərinə aiddir.

Xəbər lenti

Xəbər lenti