...

BU HƏFTƏ AZƏRBAYCANDA İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYARININ İNKİŞAFI ÜZRƏ DÖVLƏT PROQRAMININ İMZALANACAĞI GÖZLƏNİLİR

Telekommunikasiya Materials 1 Avqust 2005 14:19 (UTC +04:00)

Bu həftə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramının (2005-2008) imzalanacağı gözlənilir. Trend in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Bu proqram rabitə və informasiya texnologiyaları sahəsində iqtisadi-struktur islahatların, informasiyalı cəmiyyətə keçidin təmin olunması üzrə layihələrin hazırlanmasına və həyata keçirilməsinə yönəldilib.

Dövlət proqramının əsas məqsədi Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafının, həmçinin ölkədə İKT-nin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsinin təmin olunması, yuxarıda qeyd olunmuş sənədə əsasən müəyyən olunmuş fəaliyyətin məqsəd və istiqamətləri üzrə layihələrin planlaşdırılması və icrasıdır.

Proqramda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində müasir tələblərə cavab verən rabitə və informasiya texnologiyaları infrastrukturunun yaradılması, yeni texnologiyaların mənimsənilməsi və informasiyalı cəmiyyətə keçidin əsaslarının yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti