...

RABİTƏ NAZİRLİYİNDƏ PARLAMENT SEÇKİLƏRİNƏ HAZIRLIQ İŞLƏRİ GEDİR

Telekommunikasiya Materials 2 Avqust 2005 13:36 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi noyabrın 6-da keçiriləcək parlament seçkilərinə hazırlıq işləri aparır. Nazirlikdə Trend ə bildirildiyi kimi, seçkilər zamanı fasiləsiz rabitə xidmətini təmin etmək məqsədilə dövlət strukturunda Əli Abbasovun rəhbərliyi ilə xüsusi işçi qrupu yaradılıb.

Onun sərəncamı ilə Nazirliyin bütün müəssisə və idarələrində seçki məntəqələri və dairələrinin rabitə ilə təmin olunması üçün operativ qruplar yaradılıb.

Nazirlikdə onu da vurğulayıblar ki, seçkilərin başlanmasına qədər 20 gün ərzində seçki məntəqələrinin elektronlaşdırılması, kompüterlərə qoşulmuş telefon xətlərinin optimal texniki fəaliyyətinin və dairə seçki komissiyalarının telefonla təmin edilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti