...

RABİTƏ NAZİRLİYİ BAKUTEL 2005 BEYNƏLXALQ SƏRGİSİNƏ HAZIRLAŞIR

Telekommunikasiya Materials 2 Avqust 2005 14:37 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi telekommunikasiya və informasiya texnologiyaları üzrə 11-ci BakuTel beynəlxalq sərgisinə hazırlaşır.

Nazirlikdə Trend ə xəbər verildiyi kimi, hazırda nazir Əli Abbasovun sərəncamına əsasən işçi qrupunun tərkibi müəyyən edilib. Sərginin təşkilatçısı olan Britaniyanın İteca Caspian şirkəti ilə birlikdə gələcəkdə keçiriləcək tədbirlərin planı hazırlanıb.

Iteca Caspian şirkətindən Trend ə bildirildiyi kimi, hazırda oktyabrın 26-dan 29-na kimi "Heydər Əliyev adına" idman-konsert kompleksində keçiriləcək sərgi və konfransda iştirak etməkdə maraqlı olan şirkətlərin ərizələri qəbul olunur.

Sərgi Rabitə Nazirliyi, Ticarət-Sənaye Palatası, İnvestisiyaların Təşviqi və Məsləhətləşmələr Fondu tərəfindən rəsmi olaraq dəstəklənəcək.

Xəbər lenti

Xəbər lenti