...

İNFORMASİYA TEXNOLOGİYALARI İNSTİTUTU TELERADİO İSTEHSALAT BİRLİYİ İLƏ SAZİŞ İMZALAYIB

Telekommunikasiya Materials 3 Avqust 2005 16:42 (UTC +04:00)

Azərbaycan Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu (İTİ) yeni texnologiyaların tətbiqi sahəsində işlər həyata keçirir. İnstitut şöbəsinin rəhbəri Qəzənfər Orucovun Trend ə bildirdiyi kimi, bu günlərdə İTİ və Teleradio İstehsalat Birliyi (İB) arasında saziş imzalanıb.

Bu sazişə əsasən, radio və televiziya stansiyalarında yeni layihələndirilmiş antenna-fider qurğularının əhatə dairələrinin modelləşdirilməsi sistemi işlənib hazırlanacaq. Bu sistemin hazırlanması Geography Information System (GIS) texnologiyası əsasında həyata keçiriləcək.

Layihədə antenna-fider qurğularının və teleradiovericilərin layihələşdirilməsində istifadə olunan SR- 4 İB vasitəsilə Azərbaycanın rəqəmsal relyef xəritəsini nəzərə alaraq, yayım zonasını modelləşdirən və vizuallaşdıran proqram təminatının işlənib hazırlanmasını nəzərdə tutur.

Bu sistem tətbiq edildikdən sonra radioteleviziya vericilərinin quraşdırılması üçün optimal yerin müəyyən edilməsi mümkün olacaq.

Bundan başqa, Ermənistan kanallarının Azərbaycanın teleməkanında yayımlanması problemi qismən həll olunacaq. "Bu sistemin köməyi ilə biz kənar radio və teledalğaların yayımlanmasının qarşısının alınması məqsədilə hansı gücə malik vericilərin və ötürücü qurğuların harada quraşdırılmasını müəyyən edə biləcəyik", - deyə İTİ-də vurğulayıblar.

Layihədə nəzərdə tutulan işləri 2005-ci ilin sonu-2006-cı ilin əvvəlində başa çatdırmaq planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti