...

NMR-DƏ KƏND RABİTƏSİNİN İNKİŞAFI ÜZRƏ SEMİNAR KEÇİRİLƏCƏK

Telekommunikasiya Materials 4 Avqust 2005 14:42 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında (NMR) kənd rabitəsinin inkişafı üzrə beynəlxalq seminar keçiriləcək. AR rabitə və informasiya texnologiyaları nazirliyində Trend agentliyinə bildirilib ki, tədbir sentyabrın ikinci yarısında keçiriləcək. Seminarın mövzusu "Kənd rabitəsi: inkişaf və istismar problemləri"dir.

Seminar Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU International Telecommunication Union) ilə birgə təşkilatın Avropa və MDB ölkələrinin ixtisas artırma üzrə mərkəzinin tədbirlər planına əsasən keçiriləcək.

Nazirlikdə bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd kənd yerlərində rabitə və informasiya texnologiyalarının inkişafı yollarının müzakirəsidir.

Seminarda rabitə nazirliyi, Aztelekom İB, ITU da daxil olmaqla müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti