...

NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA MİLLİ ÜSLUBDA POÇT ŞÖBƏSİ TİKİLƏCƏK

Telekommunikasiya Materials 6 Avqust 2005 13:56 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında (NAR) milli üslubda poçt şöbəsi tikiləcək. Azərpoçt Dövlət Müəssisəsində Trend ə bildirildiyi kimi, obyekt NMR-in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən DM-in vəsaitləri hesabına inşa ediləcək.

DM-də qeyd ediblər ki, NMR-də poçt şöbəsinin inşası cari ilin sonuna qədər həyata keçiriləcək. Bundan başqa, hazırda DM Goranboy poçt idarəsinin binasında, mərkəzi poçt idarəsində, Əzizbəyov və Qaradağ poçt idarələrində təmir işləri aparır və bu işlərin sentyabr ayına qədər başa çatdırılması planlaşdırılır.

İlin ikinci yarısında DM tərəfindən Xanlar, Ağdaş, Ağcabədi, Şamaxı, Bərdə, Zərdab, Xızı, Fizuli, Biləsuvar, Abşeron və digər rayonlarda 60 yeni poçt şöbələri tikiləcək.

Xəbər lenti

Xəbər lenti