...

RABİTƏ NAZİRLİYİ TƏRƏFİNDƏN AZƏRBAYCANIN İT SAHƏSİNƏ TƏXMİNƏN $10 MLN. SƏRMAYƏ QOYULUB

Telekommunikasiya Materials 8 Avqust 2005 20:55 (UTC +04:00)

Cari ilin yeddi ayı ərzində ölkənin rabitə və informasiya texnologiyaları nazirliyi tərəfindən Azərbaycanın telekommunikasiya sahəsinə 47 mlrd. 172 mln. manat ($9,9 mln) sərmayə qoyulub. Nazirlikdə Trend agentliyinə bildirilib ki, vəsait əsasən telefon stansiyalarının yenidən qurulmasına, paytaxtda və Azərbaycanın regionlarında yeni telefon xətlərinin çəkilməsinə yönəldilib.

Dövlət qurumunda bu dövrə ərzində Nazirliyin ayrı-ayrı müəssisələri tərəfindən qoyulan vəsait məsələsinə toxunaraq qeyd olunub ki, Aztelekom İB 18 mlrd. 472 mln. manat ($3,8 mln), Baki Telefon Rabitəsi 22 mlrd. 116 mln. manat ($4,6 mln), Teleradio İB 1 mlrd. 720 mln. manat ($361 min), Azərpoct DM 3 mlrd. 36 mln. manat ($705 min) həcmində sərmayə qoyub.

2005-ci ildə Nazirlik Azərbaycanın telekommunikasiya sahəsinə 96,5 mlrd. manat ($20,32 mln) sərmayə qoymağı, rabitə sahəsində əhaliyə və təşkilatlara 670,1 mlpd. manat ($141,130 mln) həcmində xidmət göstərməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti