...

OKTYABR AYINDA ÖLKƏNİN POÇT RABİTƏSİNƏ TEXNİKİ YARDIM ÜZRƏ YENİ LAYİHƏNİN HƏYATA KEÇİRİLMƏSİ PLANLAŞDIRILIR

Telekommunikasiya Materials 9 Avqust 2005 13:43 (UTC +04:00)

Cari ilin oktyabr ayında Azərpoçt DM-ə texniki yardım üzrə yeni layihənin həyata keçirilməsi planlaşdırılır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Trend ə bildirildiyi kimi, bu layihə

Layihədə Azərpoçt DM üçün ölkə daxilində poçt daşımalarında istifadə etmək məqsədilə 7 kiçik yük maşınlarının alınması nəzərdə tutulur.

Hazırda ölkə daxilində Bakı-Gəncə-Bakı, Bakı-Qəbələ-Bakı, Bakı-Horadiz-Bakı marşrutları poçt daşımaları üzrə əsas, Gəncə-Qazax-Gəncə, Qəbələ-Balakən-Qəbələ isə yardımçı marşrutlardır. Layihə bir ay əvvəl ÜPİ tərəfindən təsdiq olunub.

Layihənin ümumi dəyəri 137 500 ABŞ dollarıdır. Bunun 39 min dolları ÜPİ, yerdə qalan məbləğ isə Nazirlik tərəfindən maliyyələşdiriləcək. Bundan başqa belə layihə NMR-in poçt rabitəsində də həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti