...

RABİTƏ NAZİRLİYİ AĞDAMDA RABİTƏNİN ELEKTRONLAŞDIRILMASI ÜÇÜN İŞLƏR APARIR

Telekommunikasiya Materials 9 Avqust 2005 18:30 (UTC +04:00)

Rabitə və İnformasiya texnologiyaları Nazirliyi Ağdam rayonunda rabitənin elektronlaşdırılması üzrə işlər aparır. Rabitə Nazirliyinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, qısa müddət ərzində Aztelekom istehsalat Birliyi tərəfindən Ağdamın Xındırıstan kəndində EATS-in quraşdırılması planlaşdırılır ki, bu da öz növbəsində Sarıçobanlı, Kəlbəhüseynli, Dadaşlı, Paşabəyli, 1-ci və 2-ci Yüzbaşı, Baharlı və Bəybalalı kəndlərinin də telefonlaşdırılmasına imkan verəcək.

Rabitə Nazirliyində həmçinin qeyd ediblər ki, növbəti mərhələdə Əhmədağalı kəndində 256 nömrəli EATS quraşdırılacaq ki, bu da Çıraqlı, Korqışlaq kəndlərinin telefonlaşdırılmasına imkan verəcək. "İşlərin cari ilin sonuna kimi başa çatdırılması planlaşdırılır", - deyə Rabitə Nazirliyindən bildiriblər.

Xəbər lenti

Xəbər lenti