...

RABİTƏ NAZİRLİYİ İNFORMASİYA TEXNOLOGİYALARFI SAHƏSİNDƏ MONİTORİNQ TƏKLİFİNİ MƏQBUL SAYIR

Telekommunikasiya Materials 11 Avqust 2005 14:20 (UTC +04:00)

Azərbaycanın Rabirə və İnformasiya texnologiyaları Nazirliyi Ernst & Young auditor şirkəti tərəfindən ölkədə IT sahəsində monitorinqin keçirilməsi barədə təklifi münasib hesab edir.

Rabitə Nazirliyinin strateji planlaşdırma və elmi potensial şöbəsinin müdiri Rüfət Gülməmmədovun Trend ə verdiyi məlumata görə, müxtəlif auditor şirkətlərinin təkliflərinin öyrənilməsi gedişində Ernst & Young-ın təklifinin ən münasib olduğu müəyyən edilib.

Onun sözlərinə görə, hazırda şirkətin təklifi nəzərdən keçirilmək üçün hökumətə verilib. "Yuxarıda göstərilən tədbir hökumət tərəfindən təsdiqlənərsə monitorinqin keçirilməsi üçün müvafiq razılaşma imzalanacaq", - deyə R.Gülməmmədov qeyd edib.

Rabitə Nazirliyinin nümayəndəsi həmçinin qeyd edib ki, şirkət monitorinqi Azərbaycanda IT sahəsində ümumi vəziyyətlə bağlı keçirəcək və ölkədə texnoparkların yaradılması şərtlərinin planını hazırlayacaq.

2010-cu ilə kimi Azərbaycanda 3-dən artıq texnoparkın yaradılması nəzərdə tutulub ki, bunun da nəticəsində çoxlu sayda yeni iş yerləri açılacaq. Bundan başqa, yuxarıda göstərilən planların həyata keçirilməsi öz növbəsində ölkədə sahibkarlığın inkişafına müsbət təsir göstərəcək və beynəlxalq təşkilatların diqqətini təkcə informasiya texnologiyaları sahəsinə deyil, həmçinin digər sahələrə də cəlb edəcək.

Xəbər lenti

Xəbər lenti