...

AĞDAM RABİTƏSİ TRANS-ASİYA-AVROPAYA QOŞULACAQ

Telekommunikasiya Materials 11 Avqust 2005 18:14 (UTC +04:00)

Ağdam rayonunun rabitə sistemi fiberoptik Trans-Asiya-Avropa magistralına (TAA) qoşulacaq. Rabitə və informasiya texnologiyaları Nazirliyindən Trend ə verilən məlumata görə, yuxarıda göstərilən tədbir Ağdamda rabitənin sürətinin və keyfiyyətinin artırılmasına xidmət edir.

Bundan başqa, yaxın vaxtlarda Aztelekom İstehsalat Birliyi (İB) Afətli, Çəmənli, Üçoğlan, Aşağıqərvənd kəndlərində ümumi tutumu 256 nömrə, eləcə də Məhrizli kəndində tutumu 512 nömrə olan EATS quraşdırılacaq.

Bundan sonra Xındırıstan kəndində də EATS quraşdırılması nəzərədə tutulub ki, bu da Sarıçobanlı, Kəlbəhüseynli, Dadaşlı, Paşabəyli, 1-ci və 2-ci Yüzbaşı, Baharlı və Bəyballı kənlərinin telefonlaşdırılmasına imkan verəcək.

"Sadalanan işlər 2004-2008-ci illərdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə proqram çərçivəsində həyata keçirilir"-deyə Rabitə Nazirliyindən bildiriblər.

Xəbər lenti

Xəbər lenti