...

TEXNOPARKLAR ÜZRƏ QANUN LAYİHƏSİNİN İLİN SONUNA KİMİ HAZIRLANMASI NƏZƏRDƏ TUTULUB

Telekommunikasiya Materials 13 Avqust 2005 12:49 (UTC +04:00)

İlin sonuna kimi Azərbaycanda texnoparkların yaradılması ilə bağlı qanun layihəsinin hazırlanmasının başa çatdırılması nəzərdə tutulub.

Rabitə və İnformasiya texnologiyaları Nazirliyindən venrilən məlumata görə, hazırda Nazirlik paralel olaran texnoparkların yaradılması üzrə xarici təcrübəni, o cümlədən Çin, Hindistan, Türkiyə və digər ölkələrin təcrübəsini öyrənir.

Dövlət strukturundan bildiriblər ki, qanun layihəsinin yaradılması üzrə işlərə cari ilin 3-cü rübündə başlanılıb. Qanun layihəsində .lkədə texnoparkların yaradılması və inkişafının dəqiq prinsipləri, həmçinin bu obyektlərin yaradılmasına investorların cəlb edilməsi məqsədilə vergi və gömrük güzəştlərinin müəyyən edilməsi nəzərdən keçiriləcək.

Bundan başqa yuxarıda göstərilən tədbirin həyata keçirilməsi üçün Rabitə Nazirliyi bu məsələ üzrə maliyyə hesablamalarının və texniki məsələlərin həlli üçün müəyyən beynəlxalq təşkilatlara da müraciət edib.

Xəbər lenti

Xəbər lenti