...

POÇT RABİTƏSİNDƏ MARKETİNQ MƏSƏLƏLƏRİNƏ DAİR SEMİNAR SENTYABR AYINA TƏXİRƏ SALINIB

Telekommunikasiya Materials 13 Avqust 2005 13:19 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi rabitə sahəsində marketinq məsələlərinə dair seminarın keçirilmə tarixini başqa vaxta təyin edib.

Rabitə Nazirliyinin poçt şöbəsinin müdiri Novruz Məmmədovun Trend ə bildirdiyinə görə, tədbirin avqust ayında keçirilməsi nəzərdə tutulurdu, lakin seminarın iştirakçıları olan gürcüstanlı mütəxəssislərin müraciətləri ilə əlaqədar onun keçirilmə vaxtı sentyabrın son həftəsinə təyin olunub.

N.Məmmədovun sözlərinə görə, 7 gün davam edəcək tədbir poçt xidmətləri sahəsində yalnız Azərbaycan və Gürcüstandan olan mütəxəssislər üçün keçirilir. Seminarda Azərbaycan tərəfindən Azərpoçt Dövlət Müəssisəsinin şöbə müdirlərinin iştirakı planlaşdırılır.

Seminarın işində poçt bazarının öyrənilməsi, yeni xidmətlərin tətbiqi məsələləri müzakirə olunacaq. Nazirliyin nümayəndəsi onu da qeyd edib ki, tədbir Ümumdünya Poçt İttifaqının maliyyə dəstəyi ilə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti