...

AZERPOCT MİNGƏÇEVİRDƏ POÇT İNZİBATİ BİNASINI TİKİR

Telekommunikasiya Materials 15 Avqust 2005 17:16 (UTC +04:00)

Azərpoct Dövlət Müəssisəsi Mingəçevirdə poçt üçün yeni inzibati bina tikdirir. Trend ə Azərpoct DM-dən bildiriblər ki, işlər bir ay əvvəl başlanıb və hazırda binanın özülünün qoyulması işləri aparılır.

DM-dən onu da bildiriblər ki, ikimərtəbəli binanın 2-ci mərtəbəsində əməliyyatlar zalı və ikinci inzibati şöbə yerləşəcək.

"İşlərin ilini sonuna kimi tamamlanması nəzərdə tutulub" - deyə DM-dən bildiriblər.

Bundan başqa, dövlət strukturundan alınan məlumata görə, cari ildə belə analoji obyektlər Ağstafa və Xızı rayonlarında da tikiləcək.

Eləcə də, 2005-ci ilin ikinci yarısında müəssisə Xanlar, Ağdaş, Ağcabədi, Şamaxı, Bərdə, Zərdab, Xızı, Füzuli, Biləsuvar, Abşeron və digər rayonlarda da 60 yeni poçt şöbəsi tikib istifadəyə verəcək.

Xəbər lenti

Xəbər lenti