...

MALİYYƏ NAZİRLİYİNİN VƏSAİTLƏRİ HƏLƏ DƏ HƏBS ALTINDADIR

Telekommunikasiya Materials 16 Avqust 2005 15:58 (UTC +04:00)

Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin Eutelsat S.A. şirkətinə qoyduğu 500 min səhm (dəyəri 3,5 milyon dollar) hələ də həbs altındadır.

Nazirliyin hüquq bölməsinin müdiri Bəxtiyar Məmmədovun Trend ə verdiyi məlumata görə, bu məsələ ilə bağlı növbəti məhkəmə iclası iyulun 1-də keçirilməli idi, lakin obyektiv səbəblər üzündən o, qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Onun sözlərinə görə, üçüncü rübün sonu və ya dördüncü rübün əvvəllərində keçiriləcək iclasda Azərbaycanın vəsaitinin gələcək vəziyyəti barədə qərar qəbul ediləcək.

Belə ki, FIM Bank-ın Azərbaycan hökumətinə qarşı bankın Rabitə Nazirliyi və Nazirliyin mövcud olmayan AKB Poctbankına verdiyi zəmanətlə kreditin ödənilməməsi barədə iddia ərizəsi Paris məhşkəməsinə göndərilib və həmin məhkəmə də Rabitə Nazirliyinin vəsaitinin üzəçrinə qoyulmuş həbsi təsdiqləyib.

Maltanın Fim Bank-nın mövcud olmayan Rabitə Nazirliyinin Aztell müəssisəsinə verdiyi kreditin məbləği 3 milyon dollardan və Baktell üçün ayırdığı kreditin məbləği isə 1milyon dollardan artıqdır.

İndiyə kimi Nazirlik tərəfindən beynəlxalq məhkəmələrdə aparılan araşdırmalara 70 min avroya yaxın vəsait xərclənib.

Xəbər lenti

Xəbər lenti