...

CATEL AZƏRBAYCANIN REGİONLARINDA SİMSİZ RABİTƏNİ GENİŞLƏNDİRİR

Telekommunikasiya Materials 16 Avqust 2005 16:00 (UTC +04:00)

Catel Azərbaycan-Amerika birgə müəssisəsi (Caspian American Telecommunications, LLC) Azərbaycanın regionlarında simsiz rabitənin genişləndirilməsi üzrə işlər aparır. BM-in icraçı direktoru Sadıq Hümbətovun Trend ə bildirdiyinə görə, hazırda Naxçıvan Muxtar Respublikasında şəbəkənin yaradılması üzrə hazırlıq işləri aparılır.

Onun sözlərinə görə, regionlarda rabitənin genişləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsinə başlanılıb. Belə ki, Gəncədə və Nabranda ilk simsiz baza stansiyaları quraşıdırılıb.

Analoji işlər Bakı-Gəncə (Hacıqabul, Kürdəmir, Yevlax, Goranboy) və Gəncə-Aqstafa (Şəmkir, Tovuz, Qazax, Gədəbəy) istiqamətində həyata keçiriləcək. Eyni zamanda Xaçmaz, Quba və Qusar rayonlarında stansiyalar quraşdırılacaq.

Müəssisənin rəhbəri onu da qeyd edib ki, hazırda 65 simsiz baza stansiyası sifariş edilib və onların 2-ci artıq quraşdırılıb. Şəbəkənin inkişafını təmin etmək üçün transmissiya (ötürücülər) avadanlıqları sifariş olunub.

Qeyd edək ki, bu tədbirlərin həyata keçirilməsi məqsədilə ayrılmış 10 mln dollar vəsait müəssisəyə ABŞ-ın OPİC (Overseas Private İnvestment Corporation) hökumət agentliyi tərəfindən veriləcək.

Xəbər lenti

Xəbər lenti