...

AZƏRPOCT ƏHALİNİN MAARİFLƏNDİRMƏK İSTİQAMƏTİNDƏ TƏDBİR HƏYATA KEÇİRİR

Telekommunikasiya Materials 16 Avqust 2005 20:37 (UTC +04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tərkibinə daxil olan Azərpoct Dövlət Müəssisəsi əhalini maarifləndirmək istiqamətində tədbir həyata keçirir. Nazirlikdən Trend ə verilən məlumata görə, yaxın günlərdə paytaxtın mərkəzi poçt şöbəsində genişekranlı reklam monitorları quraşdırılacaq.

Rabitə Nazirliyindən bildiriblər ki, quraşdırılmış monitorlar vasitəsilə əhaliyə həftə ərzində göstərilən poçt xidmətinin prinsipləri, həmçinin poçt rabitəsində əldə olunan ən son yeniliklər çatdırılacaq.

"Ümumilikdə telekommunikasiya sahəsində ən son islahatlar və texnologiyalar istifadəçilərə təqdim olunacaq" -deyə dövlət strukturundan bildiriblər.

Sistemin tətbiqi özünü doğrultduqdan sonra onun fəaliyyəti genişləndiriləcək, eləcə də sifarişlə yerli və xarici müəssisələrin reklam çarxlarının cəlb olunması da həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti