...

CATEL ABONENT ŞƏBƏKƏSİ GENİŞLƏNİR

Telekommunikasiya Materials 17 Avqust 2005 14:46 (UTC +04:00)

Azərbaycan-Amerika abonent şəbəkəsi Birgə Müəssisəsi Catel (Caspian American Telecommunications, LLC) genişlənir. BM-nin icraçı direktoru Sadıq Hümbətovun Trend ə verdiyi məlumata görə, hazırda Catel abonentlərinin sayı 18 mini ötüb və bu göstərici böyük sürətlə artır. Onun sözlərinə görə, hazırda müəssisənin texniki bazası 80 min abonentə xidmət etməyə imkan verir..

"Əgər şəbəkənin genişləndirilməsinə zərurət yaranarsa, bunu qısa müddət ərzində etmək mümkündür", - deyə müəssisənin rəhbəri qeyd edib.

Qeyd edək ki, Satel BM 1997-cti ildə Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin və OMSL (Omni-Metromedia-Caspian Ltd.) konsorsiumu nəticəsində yaranıb və Azərbacynada mobil rabitə nin həyata keçirilməsi üçün lisenziya əldə etmiş ilk operatordur.

Xəbər lenti

Xəbər lenti