...

AZTRANK –A YENİ TELEFON İNDEKSİ AYRILIB

Telekommunikasiya Materials 29 Avqust 2005 20:43 (UTC +04:00)

Aztrank - SDMA 2000 IX (Code Division Multiple Access - kanalların kodlu bölgüsü ilə rəqəmli rabitə texnologiyası) standartın rəəqmli simsiz telefon rabitəsi operatoruna 10 min nömrə tutumlu "488" telefon indeksi ayrılıb.Bu barədə Trend ə şirkətdə bildirilib.Şirkət eyni zamanda öz abunəçilərinə "437" indeksli nömrə təqdim edir.

Aztrank simsiz stasionar və qeydə alınmış avtomobil telefon rabitəsi xidmətləri təqdim edir.Bakıda və Abşeron yarımadasında əsas təchizatın quraşdırılması üzrə işlər başa çatdırılıb.

Aztrank -ın avadanlığının tədarükçüsü Çinin Huawei şirkətiddir. Yaxın zamanlarda Aztrank SDMA şəbəkəsini genişləndirməyi və Azərbaycanın recionlarına çıxmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti