...

AZƏRBAYCAN İNFORMASİYALI CƏMİYYƏTDƏ İNSAN HÜQUQLARININ MÜDAFİƏSİNƏ HƏSR OLUNMUŞ FORUMDA İŞTİRAK EDƏCƏK

Telekommunikasiya Materials 9 Sentyabr 2005 13:36 (UTC +04:00)

Azərbaycan sentyabrın 12-13-də Strasburqda keçiriləcək "İnformasiyalı cəmiyyətdə insan hüquqlarının müdafiəsi və tənzimlənməsi"nə həsr olunmuş Ümumavropa forumunda iştirak edəcək.

Azərbaycanın İnternet-forumundan Trend ə verilən məlumata görə, tədbir Avropa Şurası tərəfindən "İnformasiyalı cəmiyyətdə insan hüquqlarının müdafiəsi və tənzimlənməsi" bəyanatında nəzərdə tutulmuş tədbirlər çərçivəsində təşkil olunacaq.

Təşkilatçıların rəsmi dəvəti ilə forumda Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz iştirak edəcək.

Tədbirdə informasiyalı cəmiyyətin formalaşmasında dövlət, özəl sektor və vətəndaş cəmiyyətinin vəzifələri, bu istiqamət üzrə həll yolları və s. məsələlər müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti