...

BAKIDA MDB ÖLKƏLƏRİNDƏ İNSAN EHTİYATLARININ İNKİŞAFI VƏ İDARƏ EDİLMƏSİ ÜZRƏ KONFRANS KEÇİRİLƏCƏK

Telekommunikasiya Materials 9 Sentyabr 2005 20:20 (UTC +04:00)

Bakıda MDB ölkələrində insan ehtiyatlarının inkişafı və idarə edilməsi üzrə konfrans keçiriləcək.Rabitə və informasiya texnologiyaları nazirliyində Trend ə bildirilib ki, tədbir Beynəlxalq Telekommunikasiya İttifaqı və AR rabitə nazirliyi tərəfindən təşkil ediləcək.

Dövlət qurumunda qeyd olunub ki, konfrans oktyabrın 3-dən 5-dək keçiriləcək.Tədbirdə MDB ölkələrinin informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən mütəxəssisləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

Konfransın keçirilməsində məqsəd İKT sahəsində insan ehtiyatlarının inkişafı və idarə edilməsi məsələlərinin, həmin istiyamətdə MDB ölkələrinin təcrübə mübadiləsi və digər məsələlərin müzakirəsidir.

Xəbər lenti

Xəbər lenti