...

RABİTƏ NAZİRLİYİ ELMİ-TEXNİKİ PARKLARIN XII KONFRANSINDA İŞTİRAK EDƏCƏK

Telekommunikasiya Materials 10 Sentyabr 2005 10:43 (UTC +04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi elmi-texniki parkların XII konfransında iştirak edəcək. Sentyabrın 18-21-də keçiriləcək tədbirdə Rabitə Nazirliyinin strateji planlaşdırma və elmi potensial şöbəsinin bölmə rəisi Rüfət Gülməmmədov iştirak edəcək.

Onun Trend ə bildirdiyinə görə, tədbirdə iştirak etməkdə əsas məqsəd dünyanın müxtəlif ölkələrində texniki parkların yaradılması və inkişafı təcrübəsini öyrənmək, həmçinin, xarici ölkələrlə bu sahədə əlaqələri genişləndirməkdir.

R.Gülməmmədovun sözlərinə görə, səfər zamanı Nazirlik Pekində texniki parkların fəaliyyəti və iş prinsipləri ilə əyani surətdə tanış olacaq.

Tədbirin təşkilatçısı Beynəlxalq Elmi Parklar Assosiasiyasıdır. O, 1984-cü ildə ildə yaradılıb və Avropa, Şimali Amerika və Asiya-Sakit okean regionlarını birləşdirir. Assosiasiyanını qərargah mənzili İrlandiyada (Şennon), Baş katibin nümayəndəliyi isə Fransada yerləşir.

Xəbər lenti

Xəbər lenti