...

MİLLİ TELERADİOYAYIM ŞURASI TELERADİO ŞİRKƏTLƏRİNƏ LİSENZİYALARIN VERİLMƏSİ ÜÇÜN ƏRİZƏLƏR QƏBUL EDİR

Telekommunikasiya Materials 10 Sentyabr 2005 15:22 (UTC +04:00)

Milli teleradioyayım Şurası oktyabrın 28-dək yayımın həyata keçirilməsi üçün teleradio şirkətlərinə lisenziyaların verilməsi məqsədilə ərizələr qəbul edir.Şurada Trend ə bildirilib ki, lisenziyaların verilməsi prosesi avqustda başlayıb.

Şurada qeyd olunub ki, adıçəkilən məsələ qurumun sentyabrın 15-də keçiriləcək növbəti iclasında da müzakirə ediləcək.

Oktyabrda ANS, Space və Lider özəl telekanallarının lisenziya müddəti bitir.Telekanallar yeni lisenziyanın alınması üçün Şuraya müraciət etməlidir.

Bundan başqa, artıq bu günlərdə Şuranın qərarı ilə "Azərbaycan teleradioyayım" QSC (AzTI), ictimai teleradioyayım şirkəti (İTRY), "Burc FM" MMC -nin teleradioyayımın həyata keçirilməsi üçün yeni lisenziya verilib, Gəncədə yayımla məşğul olan "Kəpəz"teleradioyayım şirkətinin lisenziya müddəti uzadılıb.

Bununla yanaşı, TV peyk yayımının həyata keçirilməsinə və Faraon-1 şirkətinin xarici kanallarının radioyayımına lisenziya verilib.

Xəbər lenti

Xəbər lenti