...

RABİTƏ NAZİRLİYİ AZƏRBAYCANIN İT SAHƏSİNƏ TƏXMİNƏN $14 MLN. SƏRMAYƏ YATIRIB

Telekommunikasiya Materials 12 Sentyabr 2005 15:23 (UTC +04:00)

Cari ilin 8 ayı ərzində AR rabitə və informasiya texnologiyaları nazirliyi tərəfindən ölkənin informasiya texnologiyaları sahəsinə 62715,7 mln. manat ($13,69 mln.) sərmayə qoyulub. Nazirlikdə Trend ə bildirilib ki, vəsait əsasən istər Azərbaycanın paytaxtında, istərsə də onun regionlarında rabitə obyektlərinin yenidən qurulmasına, yeni telefon xətlərinin çəkilməsinə yönəldilib.

Nazirliyin ayrı-ayrı müəssisələri tərəfindən bu dövr ərzində qoyulan vəsait məsələsinə gəlincə, dövlət qurumunda bildirilib ki, bu göstərici Aztelekom İB -də 31833,6 mln. manat ($6,949 mln), Bakı Telefon Rabitəsi İB 23284,4 mln. manat ($5,0828 mln), Teleradio İB 1 mlrd. 765,4 mln. manat (təxminən $386 min), Azərpoct DM 3, 297 mln. manat ( təxminən $709 min) təşkil edib.

Qeyd etmək lazımdır ki, bütün cari il ərzində Nazirlik Azərbaycanan telekommunikasiya sahəsinə 96,5 mlrd. manat ($20,32 mln) həcmində sərmayə qoymaq, rabitə sahəsində əhaliyə və təşkilatlara 670,1 mlrd. manat ($141,130 mln.) həcmində xidmət göstərmək və dövlət büdcəsinə 100 mlpd. manat ($21,057 mln) həcmində vəsait köçürməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti