...

AZƏRBAYCANIN RABİTƏ NAZİRİNİN UKRAYNAYA SƏFƏRİ BAŞA ÇATIB

Telekommunikasiya Materials 14 Sentyabr 2005 17:38 (UTC +04:00)

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Ukraynaya səfəri başa çatıb.Rabitə və informasiya texnologiyaları nazirliyində Trend ə bildirilib ki, sentyabrın 8-dən 11-dək davam edən səfər çərçivəsində qurumun başçısı Ukraynanın rabitə və nəqliyyat nazirliyində görüşlər keçirib.

Bununla yanaşı o, həm də Odessada "Sərhədsiz telekommunikasiya" mövzusunda keçirilən beynəlxalq simpoziumda iştirak edib və Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsindəki hazırkı vəziyyətə dair çıxış edib. Tədbir A.S Popov adına Odessa Milli Rabitə Akademiyasının 75 illik yubileyi ilə bağlı keçirilirdi.

Bundan başqa, dövlət qurumunda həm də qeyd olunub ki, Əli Abbasov Odessa şəhərinin meri Eduard Qurviçin dəvəti ilə şəhər meriyasında olub və əməkdaşlıq məsələləri müzakirə edilib.

Sonra nazir Odessa kabel zavodunda olub.Azərbaycan həmin zavodla 40 ildir ki, əməkdaşlıq edir.

Nazirə Odessa Milli Rabitə Akademiyasının Akademiyanın 1 iyul 2005-ci il tarixli qərarı ilə təsdiq olunmuş fəxri doktoru adı verilib.

Xəbər lenti

Xəbər lenti