...

RABİTƏ NAZİRLİYİ 66 MİNDƏN ÇOX NÖMRƏ İSTİSMARA VERİB

Telekommunikasiya Materials 16 Sentyabr 2005 15:25 (UTC +04:00)

2005-ci ilin yanvar-avqust ayları ərzində AR rabitə və informasiya texnologiyaları nazirliyi tərəfindən respublikada 66 670 telefon nömrəsi istismara verilib. Nazirliyin maliyyə, uçot və iqtisadi təhlil şöbəsində Trend ə bildirilib ki, bunlardan 26414 nömrə Aztelekom İstehsalat Birliyinin (İB) və 40 256 nömrə isə Bakı Telefon Rabitəsi İB-nini payına düşür.

Nazirlikdə qeyd olunub ki, bu dövr ərzində həm paytaxtda, həm də respublikanın regionlarında yeni telefon stansiyalarının istismara verilməsi üzrə işlər həyata keçirilib.Xüsusilə ilin əvvəlindən təxminən 100 obyekt istismara verilib.

Hazırda nazirliyin müəssisələri tərəfindən Xaçmaz, Naftalan, Quba, Goranboy və digər rayonlarda rabitənin elektronlaşdırılması üzrə işlər həyata keçirilir.Bundan başqa, ilin sonunadək nazirliyin tədbirlər planına əsasən, Ağdam və Füzuli kimi sərhəd rayonlarının kəndlərində elektronlaşdırma nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti