...

RABİTƏ NAZİRLİYİNİN NÜMAYƏNDƏSİ TEXNOPARKLARIN XII ÜMUMDÜNYA KONFRANSINDA İŞTİRAK EDİR

Telekommunikasiya Materials 19 Sentyabr 2005 17:51 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya texnologiyaları Nazirliyi elmi-texniki parkların XII konfransında iştirak edir. Nazirlikdən Trend ə verilən məlumata görə, tədbir sentyabrın 18-dən 21-nə kimi keçirilir və orada Nazirliyin strateji planlaşdırma və elmi potensial şöbəsinin rəisi Rüfət Gülməmmədov iştirak edir.

Kofnransın keçirilməsində əsas məqsəd texnoparkların yaradılması və inkişafı təcrübəsinin təkcə Çin Xalq Respublikasında deyil, həmçinin dünyanın müxtəlif ölkələrində bu sahənin yaradılması və inkişafına münasibətlərin digər xarici ölkələrlə əlaqədə öyrənilməsidir.

Nazirlikdən həmçinin qeyd ediblər ki, səfər çərçivəsində R.Gülməmmədov Pekində texnoparkların fəaliyyəti və iş prinsipləri ilə tanış olur.

Tədbirin təşkilatçısı Elmi parkların Beynəlxalq Assosiasiyasıdır. Təşkilat 1984-cü ildə yaradılıb və Avropa, Şimali Amerika və Asiya -Sakit okean regionların əhatə edir. Assosiasiyanın mənzil-qərragahı İrlandiyada (Şennon şəhəri), Baş katibliyin nümayəndəliyi isə Fransada yerləşir.

Xəbər lenti

Xəbər lenti