...

KİYEVDƏ MOBİL RABİTƏ SİSTEMLƏRİ ÜZRƏ SEMİNAR KEÇİRİLİB

Telekommunikasiya Materials 20 Sentyabr 2005 16:10 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin nümayəndələri Benyəlxalq Elektrik Rabitəsi Birliyinin təşkil etdiyi beynəlxalq seminarda iştirak edir. Nümayəndə heyətinin tərkibinə daxil olan Nazirliyin radiotezliklər şöbəsinin müdiri Adil Maxsimovun Trend ə verdiyi məlumata görə, tədbir sentyabrın 12-dən 16-na kimi Kiyevdə keçirilib.

Onun sözlərinə görə, seminar mobil rabitənin yeni sistemlərinin yaradılması və inkişafına həsr olunub. Burada bu sahədəki iri müəssisələrin yeni sistemləri nümayiş edilib.

"Seminarda iştirakımızın əsas məqsədi bu sahədə işgüzar əlaqələrin yaradılması və inkişafı üçün fikir mübadiləsindən ibarət idi", - deyə Adil Maxsimov bildirib. Seminarın işində dünyanın 40-a yaxın ölkəsindən nümayəndələr iştirak edib.

Xəbər lenti

Xəbər lenti