...

TELERADİO YAYIMI ÜZRƏ MİLLİ ŞURA: AZƏRBAYCANDA LİSENZİYALARIN DƏYƏRİ DƏGİR ÖLKƏLƏRLƏ MÜQAYİSƏDƏ XEYLİ AŞAĞIDIR

Telekommunikasiya Materials 22 Sentyabr 2005 16:04 (UTC +04:00)

Azərbaycanda Teleradio Yayımı üzrə Milli Şuranın təqdim etdiyi lisenziyaların dəyəri digər ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır. Milli Şuranın rəhbərinin göməkçisi Mehdi Məmmədovun Trend ə verdiyi məlumata görə, bu gün bu rəqəm 550 min manat təşkil edir.

Onun sözlərinə görə, hələ heç bir ölkədə lisenziyalar Azərbaycanda olduğu kimi bu qədər ucuz deyil. Buna misal olaraq, Rusiyada federal yayım üzrə müsabiqədə iştirak etmək üçün şirkət 1 milyon dollar, Gürcüstanda Rustavi təkcə destimetrlik öütürücünün quraşdırılması üçün 35 min dollara yaxın məbləğ ödəməlidir. Türkiyədə və ABŞ-da da bu xərclər milyonlarla dollar təşkil edir.

"Bu baxımdan yaxın gələcəkdə Teleradio Yayımı üzrə Milli Şuranın lisenziyaların qiymətində dəyişikliklər barədə təklifi nəzərdən keçirilməsi gözlənilir", - deyə Şuranın nümayəndəsi bildirib. O, ərazidən və yayımın növündən asılı olaraq dəyişdiriləcək. "Bu da təbiidir. Çünki regionlarda yayımlanmaqda maraqlı olan teleradio kanalları bütün respublikada yayımilananlardan aşağı gəlirlərə malikdirlər. Burada ədalət pirnsipi pozulur və buna görə də bu məsələnin nəzərdən keçirilməsi çox mühümdür", - deyə Milli Şuradan bildiriblər.

Xəbər lenti

Xəbər lenti