...

POÇT RABİTƏSİNDƏ MARKETİNQ MƏSƏLƏLƏRİ ÜZRƏ BEYNƏLXALQ SEMİNAR BAŞA ÇATIB

Telekommunikasiya Materials 30 Sentyabr 2005 14:01 (UTC +04:00)

Sentyabrın 29-da Bakıda Ümumdünya Poçt İttifaqının (ÜPİ) maliyyə dəstəyi ilə keçirilən poçt sahəsindhə marketinq məsələləri üzrə beynəlxalq seminar öz işini başa çatdırıb. Rabitə Nazirliyinin poçt rabitəsi şöbəsindən Trend ə verilən məlumata görə, Azərbaycan və Gürcüstandan olan mütəxəssislər üçün seminarın keçirilməsi ilə əlaqədar sentyabrın 23-də ÜPİ-nın xətti üzrə poçt rabitəsi marketinqi üzrə beynəlxalq məsləhətçi Nik Karyer xüsusi olaraq Bakıya gəlib.

Rabitə Nazirliyindən həmçinin bildiriblər ki, bir həftə ərzində ÜPR mütəxəssisi poçt bazarının öyrənilməsi, yeni xidmətlərin tətbiqi, müştərilərə yeni, müasir xidmətlərin göstərilməsi, göstərilən xidmətlərin keyfiyyətinin artırılması və s. məsələlərin toxunulacağı seminar keçirib.

Seminarda Azərbaycan tərəfdən Azərpoct Dövlət Müəssisəsinin (DM) şöbə müdirləri, Rabitə Nazirliyinin bu sahə üzrə ixtisaslaşmış nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti