...

NAXÇIVAN MR KƏND RABİTƏSİNİN İNKİŞAFI ÜZRƏ BEYNƏLXALQ SEMİNARI BAŞA ÇATDIRIB

Telekommunikasiya Materials 1 Oktyabr 2005 12:55 (UTC +04:00)

Sentyabrın 30-da Naxçıvan Muxtar respublikasının (NMR) paytaxtı Naxçıvan şəhərində "Kənd rabitəsi: inkişaf və istismar problemləri" adlı kənd rabitəsinin inkişafı üzrə keçirilən beynəlxalq seminar öz işini başa çatdırıb.AR Rabitə və informasiya texnologiyaları nazirliyinin informasiya mərkəzində Trend ə bildirilib ki, tədbirdə muxtar respublikada hazırkı vəziyyət və rabitənin inkişafı, kənd rabitəsi şəbəkəsinin layihələşdirilməsi prinsipləri və digər məsələlər müzakiərə edilib.

Nazirlikdə həm də qeyd olunub ki, tədbirdə NMR rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov, AR rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, AR təhsil naziri Misir Mərdanov və digər idarə nümayəndələri iştirak edib.

Seminar Beynəlxalq Telekommunikasiya İttiyaqının (ITU -International Telecommunication Union) təşkilatçılığı ilə birgə ITU Avropa və MDB ölkələri üzrə ixtisasartırma təşkilatları mərkəzinin tədbirlər planına müvafiq olaraq keçirilib.Tədbirdə həmin strukturu təşkilatın proqram əlaqələndiricisi Dmitri Protenko təmsil edib.

"Tədbirin keçirilməsində əsas məqsəd kənd yerlərində informasiya - kommunikasiya texnologiyalarının inkişafı yollarının müzakirəsi, göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasıdır" -deyə nazirliyin nümayəndəsi bildirib.

Seminarın işində həm də Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdən nümayəndə heyətləri iştirak edib.

Xəbər lenti

Xəbər lenti