...

BAKIDA MDBÖLKƏLƏRİNDƏ İNSAN EHTİYATLARININ İNKİŞAFI VƏ İDARƏ OLUNMASI ÜZRƏ REGİONAL İCLAS ÖZ İŞİNƏ BAŞLAYIB

Telekommunikasiya Materials 3 Oktyabr 2005 17:10 (UTC +04:00)

Oktyabrın 3-də Bakıda insan ehtiyatlarının inkişafı və idarə olunması üzrə birinci regional iclas öz işinə başlayıb. Trend in məlumatına görə, iclas Azərbaycanın Rabitə və İnformasiya texnologiyaları Nazirliyi və Beynəlxalq Telekommunikasiya İttifaqı (International Telecommunication Union) tərəfindən təşkil olunub.

Tədbirdən Azərpbaycan tərəfdən Rabitə Nazirliyinin strateji planlaşdırma və elmi potensial şöbəsinin müdiri İlham Mərdanov, kadrlar və hüquq şöbəsinin müdiri Bəxtiyar Məmmədov, elmi potensial şöbəsinin müdiri Rüfət Gülməmmədov, Azerpoct İB-nin, Aztelekom İB-nin, Azercell və Bakcell BM-nin nümayəndələri iştirak edib.

Nazirliyin strateji planlaşdırma və elmi potensial şöbəsinin rəisi Rüfət Gülməmmədov iştirakçıları Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının hazırki vəziyyəti barədə məlumatlandırıb və qeyd edib ki, hazırda ÜDM strukturunda rabitə sektorunun payı 2,3% təşkil edir. Onun sözlərinə görəÖ inkişaf etmiş ölkələrdə bu göstərici 4-5%-dir.

"Təkcə 2003-cü ildə Azərbaycanda rabitə sahəsinə 55 milyon dollar investisiya qoyulub ki, 2004-cü ildə bu göstərici 100 milyon dollar təşkil edib. Bunun da 82% faizi xarici investisiyaların payına düşüb"-Rabitə Nazirliyinin nümayəndəsi qeyd edib.

ITU nümayəndəsi Jan-Klod For belə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Ümumilikdə, 9 ölkədən 17 nümayəndə, həmçinin, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) 2 nümayəndəsi iştirak edib.

Əsas məqsədi İmmunikasiya Texnologiyaları sahəsində insan ehtiyatlarının idarə olunması və inkişafı, bu istiqamətdə MDB ölkələrinin təcrübə mübadiləsi aparmasından ibarət iclas oktyabrın 5-də öz işini başa çatdıracaq.

Xəbər lenti

Xəbər lenti