...

AR RABİTƏ NAZİRLİYİ TELEFON DANIŞIQLARININ DƏQİQƏLİK ÖDƏNMƏSİNİN TƏTBİQ EDİLMƏSİNİN MƏQSƏDƏUYĞUNLUĞUNU ÖYRƏNİR

Telekommunikasiya Materials 3 Oktyabr 2005 20:55 (UTC +04:00)

AR rabitə və informasiya texnologiyaları nazirliyi yerli danışıqların dəqiqəlik ödənməsinin tətbiq edilməsi məqsədəuyğunluğu vəziyyətini öyrənir. Trend in məlumatına əsasən, oktyabrın 3-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu barədə bildirib.

Onun sözlərinə görə, hazırda beynəlxalq danışıqların tarifləri pulsuz olan yerli danışıqlar üçün xərclərin ödəndiyi vəsaitlər hesabına yüksək olaraq qalır.

"Burada xüsusilə dəqiqəlik ödənmənin tətbiq edilməsinə aid olan texniki məsələlərin təmin edilməsi üzrə bəzi məsələlər vardır"-deyə nazir qeyd edib.

Ə.Abbasovun fikrincə, burada respublika əhalisinin sosial vəziyyəti az əhəmiyyətli amil deyil.

"Hazırda biz yerli danışıqlar üçün ödənmənin tətbiqini öyrənirik.Amma bu, əhalinin kasıb təbəqəsinin ödəməsi üçün qəbul ediləcək təqdirdə bir sistem olaraq nəzərə alınacaq" -deyə nazir öz fikrini bitirib.

Xəbər lenti

Xəbər lenti