...

İLİN SONUNA KİMİ AZƏRBAYCANDA İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARININ İNKİŞAFI ÜZRƏ DÖVLƏT PROQRAMININ TƏSDİQLƏNMƏSİ GÖZLƏNİLİR

Telekommunikasiya Materials 4 Oktyabr 2005 10:49 (UTC +04:00)

Cari ilin sonuna kimi Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramının (2005-2008-ci illər) hazırlanaraq təsdiqlənməsi gözlənilir. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Hazırlanmış proqram hökumət tərəfindən baxılıb və hazırda prezident Aparatının müzakirəsinə verilib. "İlin sonuna kimi dövlət proqramının hazır olacağı gözlənilir", - deyə nazir qeyd edib.

Bu proqram rabitə və informasiya texnologiyaları sahəsində iqtisadi-struktur islahatların aparılmasına, informasiyalı cəmiyyətə keçidin təmin olunması üzrə layihələrin həyata keçirilməsinə yönəldilib.

Dövlət proqramının əsas məqsədi Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı, İKT-nin inkişafı üzrə Milli Strategiyann həyata keçirilməsi, bu sənəd əsasında müəyyən olunmuş fəaliyyətin məqsəd və istiqamətlərinə əsasən layihələrin planlaşdırılması və icrasından ibarətdir.

Proqramda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində müasir tələblərə cavab verən rabitə və informasiya texnologiyaları infrastrukturunun yaradılması, yeni texnologiyaların mənimsənilməsi və informasiyalı cəmiyyətə keçidin əsaslarının yaradılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti