...

RABİTƏ NAZİRLİYİ AZTRANK ŞİRKƏTİNƏ YENİ ŞƏBƏKƏ KODU VERİB

Telekommunikasiya Materials 5 Oktyabr 2005 13:42 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi SDMA 2000 IX (Code Division Multiple Access - rqəmli rabitə texnologiyası) standartlı rəqəmli simsiz telefon rabitəsinin operatoru Aztrank şirkətinə yeni "45" şəbəkə kodu verib. Müəssisədən Trend ə verilən məlumata görə, yeni kod SDMA stansiyasının nömrə tutumunu 100 minə çatdırmağa imkan verəcək.

Şirkətdən o da bildirilib ki, yeni kodun köməyi ilə Azərbaycanın regionlarında simsiz rabitə xidmətlərinin göstərilməsi nəzərdə tutulur. Şirkət 2005-ci ilin əvvəlindən SDMA simsiz rabitə xidmətləri göstərir.

Hazırda simsiz stasionar və avtomobil rabitə xidmətləri Bakı, Sumqayıt və Abşeron yarımadasında mümkündür.

Bu yaxınlarda şirkətə 10 min nömrə tutumlu "488" telefon indeksi ayrılıb. Şirkət, eyni zamanda, abonentlərə "437" indeksli nömrə verir.

Aztrank simsiz, stansionar və avtomobil telefon rabitə xidmətləri göstərir. Bakı və Abşeron yarımadasında əsas avadanlıqların installyasiyası üzrə işlər başa çatıb. Avadanlıqların tədarükçüsü Çinin Huawei şirkətidir.

Xəbər lenti

Xəbər lenti